XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2017 - 20:36

ABŞ-ın yeni dövlət katibi:"Sülh üçün Azərbaycan və Ermənistanla işləyəcəm"

"Regionda stabilliyin və inkişafın təmin olunması üçün Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram".

Bunu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd Reks Tillerson Senatdakı dinləmələr zamanı bildirib.
 
Onun sözlərinə görə, regionda sülhün bərqərar olunması üçün tərəflər arasında əldə olunan razılaşmaların şərtlərinin yerinə yetirilməsi zərüridir.
 
Ermənistan-ABŞ əlaqələrinin inkişafının tərəfdarı kimi tanınan senator Edvard Markeyin "rəsmi Yerevanın blokada şəraitindən çıxarılması istiqamətində hansı addımları atmaq niyyətindəsiniz?" sualına cavab olaraq Tillerson deyib ki, Ermənistan-Türkiyə diplomatik əlaqələrini normallaşdırmağa çalışacaq(apa).