XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2017 - 18:14

İraq şiələrinin dini liderindən amerikalılara şok tələb:"İraqı tərk edin"

Muqtəda

 2004-cü ildə beynəlxalq işğalçı qüvvələrə qarşı üsyan qaldıran İraq şiələrinin nüfuzlu dini lideri Müqtəda əs-Sədr bütün ABŞ vətəndaşlarından dərhal ölkədən getməyi tələb edib.

O, bunu ABŞ prezidenti Donald Trampın İraq və digər altı müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a girişinə qoyduğu qadağaya cavab olaraq edib.

"Ölkənizə girişi (Yeddi ölkə vətəndaşına – Report) qadağan etdiyiniz halda, İraq və digər ölkələri sərbəst şəkildə ziyarət etməyiniz, sizi qürurlandırar…Ona görə, siz öz vətəndaşlarınızı İraqdan çıxarmalısınız", – deyə Əs-Sədrin saytına yerləşdirilən bəyanatda deyilir.

ABŞ prezidenti Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.  (Report)