XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2017 - 19:13

Tramp “Twitter”də mesaj verdi:"Dəhşətli qarışıqlıq var!”

tramp

ABŞ prezidenti Donald Tramp ABŞ-ın hazırda möhkəm sərhədlərə ehtiyacı olduğunu bəyan edib.

Bunu Tramp "Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Tramp yazıb ki, ABŞ-a möhkəm sərhədlər və hərtərəfli yoxlama lazımdır: "Baxın, Avropada, bütün dünyada nə baş verir? Dəhşətli qarışıqlıq var!”. (APA).

Xatırladaq ki, cümə günü D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.