XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

30 Yanvar 2017 - 14:13

Prezident İlham Əliyev:“Heç bir biznesmen riskli yerlərə, ölkələrə heç vaxt pul qoymaz”

Ilham konfr

“Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın.

Bu fikirləri Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib.

Dövlətimizin başçısı vurğulayıb ki, sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulub, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulub.

Azərbaycanda biznes strukturlarına dövlət tərəfindən göstərilən yardıma toxunan Prezident deyib: “Bizim təcrübəmizdən indi bir çox ölkələr istifadə edirlər və bizi nümunə kimi göstərirlər. Ona görə infrastruktur layihələri, onunla paralel olaraq biznes mühitinin yaxşılaşdırılması, biznesə göstərilən diqqət və əlbəttə ki, sosial infrastrukturun yaradılması vahid bir proqram çərçivəsində uğurla icra edilir”.

Prezidenti İlham Əliyev ölkəmizdə güclü və fəal milli biznes sinfinin formalaşdığını bildirib.

“Əlbəttə, dövlət də bu sahədə öz dəstəyini əsirgəməyib. Mən iş adamları ilə daim təmasdayam, görüşlər keçiririk, onların problemlərinin həlli ilə məşğuluq və onlara həmişə siyasi və maddi dəstək verilir. Çünki mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan heç bir işi görmək mümkün deyil. Bir də ki, heç bir biznesmen, iş adamı riskli yerlərə, ölkələrə heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddi dəstək, – bax, hesab edirəm ki, bu amillər milli biznes sinfini formalaşdırıb, – deyə dövlətimizin başçısı qeyd edib.

ilham konfr02