Azərbaycan Respublikası Prezidenti gənclərlə iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilib:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Rəşidova Vüsalə Nazim qızı
“Tərəqqi” medalı ilə
Cəfərov Müşfiq Cəfər oğlu
Əhmədov Yalçın Talverdi oğlu
Zeynalova Ülviyyə Tamerlan qızı.
****
Prezidentin digər sərəncamı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvləri Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar:
Qritçenko Aleksandr Aleksandroviç
Səttarova Fatma Hüseyn qızı.