Son günlər Suriya prezidenti Bəşər Əsədin heç bir siyasi bəyanat verməməsi, onun ciddi xəstəlik keçirməsi barədə şayiələr doğurub.
İddialardan biri dövlət başçısının insult keçirməsidir.
Bir çox müxalif KİV-lər isə prezidentin öz şəxsi iranlı cangüdəni Mehdi Yaqubi tərəfindən başından vurularaq öldürülməsi və beynindəki şişdən əziyyət çəkdiyi barədə məlumat yayırlar.
Suriya hökuməti bütün bu iddiaları inkar etmək məcburiyyətində qalıb.
Strateq.az xəbər verir ki, yanvarın 30-da SANA dövlət xəbər agentliyi Bəşər Əsədin Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığının baş tutması barədə məlumat yayıb.
Məlumatda deyilir ki, iki ölkə prezidenti öz ölkələrindəki vəziyyəti müzakirə edib və bir-birinə qarşılıqlı dəstək bildiriblər.