"İran ABŞ Prezidenti Donald Trampın fərmanına cavab olaraq ABŞ vətəndaşlarına giriş vizaları verilməsi prosesini dayandıracaq".
Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
M.C.Zərif fransalı həmkarı Jan-Mark Eyro ilə birgə mətbuat konfransında deyib ki, buna cavabımız amerikalılara İrana səfər etmək üçün viza verməyəcəyimiz olacaq. Onun sözlərinə görə, bu məsələdə istisnalar da ola bilər: "İstisnalar olarsa, buna İran XİN-də baxılacaq və sonra qərar qəbul ediləcək".(Report)
Qeyd edək ki, ötən həftə D.Tramp ölkəyə giriş qaydalarını sərtləşdirən, eləcə də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somalidən olan şəxslərin ABŞ-a girişinə 90 gün müddətinə qadağa qoyan sənəd imzalayıb.