Azərbaycan əsilli məşhur müğənni Sami Yusif ABŞ prezidentinin 7 müsəlman ölkəsi vətəndaşlarına qarşı qərarını pisləyib.
Strateq.az xəbər verir ki, o, açıq məktub yazaraq D.Trumpın qəbul etdiyi qərarın bütün amerikalıların rəyini ifadə etmədiyini bildirib. "Mən müsəlman və qərbliyəm. Yaxın Şərqdə anadan olmuş və ailəmlə uşaq ikən İngiltərəyə gəlmişəm. Yad mədəniyyətin dəyərləri və dini dəyərlərimlə böyüyüb yetkinləşmişəm. Qərbdə yaşayıb çalışan müsəlman kimi heç vaxt ayrı-seçkilik hiss etməmişəm", – deyən S.Yusif Donald Trampın imzaladığı sərəncamı "yelbeyinliklə dolu kağız parçası" adlandırıb.
S.Yusif məlum sərəncamın doğura biləcəyi nəticələri təhlil edərək öz qəti fikrini izhar edib: "Mən ABŞ prezidenti Trampla razı deyiləm!"