Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
Strateq.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Əmrə əsasən DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib.
DİN-in mətbuat xidmətindən yeni təyinatı təsdiqləyiblər.
Qeyd edək ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib.