XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 17:09

Babək Zəncaninin edamı niyə gecikir? –Baş prokurordan izah

Babak-Zanjani-Mehrnews

Xeyli vaxtdır ki, barəsində edam hökmü çıxarılmış iranlı milyarder Babək Zəncaniyə dair hökm icra olunmur.

İranın baş prokuroru Məhəmməd Cəfəri Müntəziri bununla bağlı açıqlama verib.

Strateq.az xəbər verir ki, "Mehr" agentliyinin barəsində yenicə edam hökmü çıxarılmış şəxslər barədə hökmün qısa zamanda icra olunduğu halda, B.Zəncaninin barədə hökmün niyə ləngiməsinə dair sualını Baş prokuror belə cavab verib: "Əsas məsələ gecikmə deyil, mənimsənilmiş əmlakın qaytarılmasıdır".

Xatırladaq ki, İranın bir sıra strukturları, o cümlədən Xarici İşlər Nazirliyi mənimsənilən 2,8 milyard dolların ölkəyə qaytarılması istiqamətində bəzi ölkələrin güc strukturları ilə əməkdaşlıq edir.