XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 February 2017 - 18:09

Əhmədinecatın qaçaqmalçı “dostları”İtaliyada həbs olunub

ahmadnejad

Fevralın 1-də İtaliya polisi İran və Liviyaya silah qaçaqmalçılığında, habelə beynəlxalq embarqoları pozmaqda şübhəli bilinən dörd adamı həbs edib.

Strateq.az xəbər verir ki, həbs olunan şəxslərdən üçü İtaliya vətəndaşlarıdır. Mario Di Leva və Annamaria Fontana cütlüyü, eləcə də Andrea Pardidən başqa, cinayətdə liviyalı Mohamud Əli Şasviç də ittiham edilir.

"La Repubblica" nəşrinin məlumatına görə, həbs edilən italyan cütlüyün sabiq İran prezidenti Mahmud Əhmədinejad ilə çəkdirdiyi fotolar ortaya çıxıb.

ahmadinejat-2

Cinayəkar dördlük 2011-2015-ci illərdə təcili yardım xidməti hərbi helikopterləri, silahh, o cümlədən hava-yer raketləri, hücum tüfəngləri və tank əleyhinə mərmilərin qaçaqmalçılığında suçlanır.

Üç italyanlar, həmçinin İtaliyadan Somaliyə muzdlu cəlb etməkdə ittiham olunur.

Həbs edilən şəxslər keçmiş sovet-sialist bloku ölkələrinin istehsalı olan hərbi texnikanı üç ölkədən. o cümlədən Ukrayna və Tunis vasitəsi ilə ünvanlara göndəriblər.