XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 19:26

Tramp:"Miqrasiya rejiminin sərtləşdirilməsi müsəlmanlara qarşı yönəlməyib"

ABŞ-da miqrasiya rejiminin sərtləşdirilməsi müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinin tamamilə qadağan olunması demək deyil.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp miqrasiya sahəsində qərarların qəbulundan sonra cəmiyyətdə artan mübahisələrlə bağlı münasibətini bildirərkən deyib.

Prezident Twitterdə yazıb: “Hamı mübahisə edir ki, bu, qadağadır ya yox. Necə istəyirsiniz elə də adlandırın, amma məqsəd ölkəyə pis insanları (pis niyyətlə gələnləri) buraxmamaqdan ibarətdir”.

Son günlər Birləşmiş Ştatlar prezidenti miqrasiya siyasətini sərtləşdirən bir neçə fərman imzalayıb. Bununla bağı qaçqınların qəbulu 120 gün müddətinə dayandırılıb, Suriya qaçqınlarının yerləşdirilməsi qeyri-müəyyən vaxta qədər qadağan edilib və ölkəyə bəzi giriş qaydaları sərtləşdirilib. Dövlət başçısı, həmçinin qaçqınların qəbulu barədə kvotanı da nəzərəçarpacaq dərəcədə azaldıb. 2017-ci il üçün kvota 50 min nəfər həddində müəyyən edilib. Bundan başqa, İraq, İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ABŞ-a girişi 90 günlə məhdudlaşdırılıb. Tramp imzalanma mərasimində bundan sonra ölkəni “xarici terrorçulardan” qorumaq üçün qaçqınların seçiminin “ekstremal” olacağını da qeyd edib.