XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 00:25

Tillerson ABŞ-ın yeni dövlət katibi oldu- Senat təsdiqlədi

ABŞ Senatı Reks Tillersonun dövlət katibi postuna namizədliyini təsdiqləyib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı  "Associated Press" agentliyi yayıb.

Tillersonun namizədliyi səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, Donald Tramp "Exxon Mobil"in rəhbəri Reks Tillersonun dövlət katibi vəzifəsinə namizədliyini dekabrın 13-də irəli sürmüşdü.

Keçmiş dövlət katibi Con Kerrinin istefasından sonra isə onun səlahiyyətlərini müvəqqəti olaraq müavini Tomas Şennon icra edirdi.