XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2017 - 09:09

Poroşenko:“Ukraynanın NATO-ya qoşulması ilə bağlı referendum keçiriləcək”

Poroşenko

Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin NATO-ya qoşulması ilə bağlı referendum keçirmək niyyətindədir.

Bu barədə Ukraynanın dövlət başçısı  Almaniyanın “Berliner Morgenрost”  qəzetinə müsahibəsində  deyib.

“Dörd il əvvəl əhalinin cəmi 16%-i NATO-ya üzv olmağın tərəfdarı idi, bu gün isə artıq 54%-i. Prezident kimi mən xalqın rəyinə arxalanmalıyam.  Güman edirəm ki, ölkəmizdə bununla bağlı referendum təşkil edəcəyik və xalq öz sözünü deyəcək. Ukraynalılar referendumda “hə” desə, mən ölkəmizin Şimali Atlantika Alyansına qoşulması naminə əlimdən gələni əsirgəməyəcəyəm”, deyə P.Poroşenko bildirib.  (APA)