XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2017 - 10:24

MN:"Ermənilərin Azərbaycan Ordusunun itki verməsi barədə yaydığı məlumat yalandır"

MN)2

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.
Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.