XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 13:18

İran səfrliyindən ReAL-çılarla görüş barədə açıqlama:"Üçüncü qüvvələr bu sahədə heç bir əngəl yarada bilməz"

16507181_1651059711575864_756745963_n

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ReAL Hərəkatı nümayəndələri ilə keçirilən görüşlə bağlı KİV-də yayılan məlumatlara münasibət bildirib.

Səfirliyin mətbuat xidmətinin Strateq.az-a daxil olan bəyanatında bildirilir ki, İranla Azərbaycan arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələr hər hansı bir bəhanə əsasında ölkələr arasında dostluq əlaqələrini korlamağa çalışırlar:

“Bir daha Azərbaycan Respublikasının bəzi media qurumlarında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq. Onlar hər hansı bir bəhanə əsasında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərini korlamağa çalışırlar.

Bu dəfə İran İslam Respublikasının Bakıdakı səfirliyinin bir əməkdaşının olduqca aydın, həm də diplomatik fəaliyyətə uyğun olaraq keçirdiyi görüş heç bir əsas olmadan bəzi media vasitələrinin hədəfinə çevrilib.

Maraqlıdır ki, həm bu görüşdən öncə, həm də ondan sonra Bakıda fəaliyyət göstərən müxtəlif səfirlik əməkdaşlarının bu kimi görüşləri heç bir zaman həmin media qurumlarının ən xırda reaksiyası ilə üzləşməyib.

İran İslam Respublikası səfirliyinin Mətbuat Xidməti həyata keçmiş görüşün İran və Azərbaycan arasında dostluq münasibətlərinə zidd olmadığını, səfirliyə qarşı yazılmış ittiham və aldadıcı yalanların hüquqi araşdırılması üçün qanuni haqqa malik olduğunu bildirir.

Sonda bir daha qeyd edirik ki, İran və Azərbaycan arasında münasibət və əməkdaşlıq iki dost və qardaş ölkə olaraq hər iki ölkənin rəhbərlərinin iradəsi ilə daha da möhkəmlənir və bütün sahələrdə uğurla davam edir. Bu baxımdan, üçüncü qüvvələr bu sahədə heç bir əngəl yarada bilməzlər”.

Bəyanatın sonunda İran səfirliyinin mətbuat xidməti bir daha KİV-i iki ölkə arasında mövcud olan münasibətləri qorumaq üçün diqqətli olmağa çağırıb və ikitərəfli əlaqələrin genişlənməsi üçün əməkdaşlığa dəvət edib.