XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 14:11

Dövlət Komissiyası ermənilər tərəfindən saxlananAzərbaycan vətəndaşı ilə bağlı açıqlama yayıb

Qarabağ

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan qoşunlarının təmasaralıq xəttində Azərbaycan vətəndaşının ermənilər tərəfindən saxlanması ilə bağlı məlumat yayıb.

Komissiyadan bildirilib ki, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür. 

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. /APA