XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 15:19

Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırıldı –Səbəb

mobil-telefonlar_0

Dünəndən etibarən, Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırılıb.

Strateq.az Lent.az-a istinadən xəbər verir ki, Bakıda və rayonlarda mobil operatorların rəsmi dilerləri, eləcə də digər ticarət obyektlərində nömrə satışı həyata keçirilmir.

"Azercell", "Bakcell" və "NAR Mobile" mağazalarından bildirilib ki, nömrə satışının nə vaxt bərpa ediləcəyi barədə məlumatlı deyillər.

Mobil operatorlardan bildirilib ki, hazırda mobil telefon nömrələrinin satışının olmaması bu nömrələrin rəsmiləşdirilməsi və qeydiyyatı qaydalarına edilmiş dəyişikliklə bağlıdır. Nazirlər Kabinetinin qaydalara dəyişiklik etməsi səbəbindən sistemdə bəzi işlər görülür və yaxın vaxtlarda satışın bərpa ediləcəyi gözlənilir.