XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2015 - 19:54

Somalidə hərbçilər girovları azad ediblər

Otelə hücum edənlər 9 nəfər imiş

Somalinin təhlükəsizlik qüvvələri “əş-Şəbab” terror qruplaşmasının bu gün Moqadişoda götürdüyü girovları azad ediblər.

Xarici KİV yazır ki, hərbçilər otelə soxulmuş yaraqlıların əksəriyyətini məhv edərək bina üzərində nəzarəti qismən ələ keçiriblər.

Bildirilir ki, hücum edənlər 9 nəfər imiş, onların üçü əvvəlki kimi binada gizlənir.

Son məlumatlara görə, islamçıların hücumu nəticəsində “Məkkə əl-Mukərrəmə” otelində 10 nəfər həlak olub.