XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2017 - 11:09

Vergilər Nazirliyində dəyişiklik –Nazir özünə daha bir müşavir təyin etdi

fazil-memmedov-vergi

Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, həmçinin Nazirliyin departamentlərindən birində də dəyişiklik olub.

Məlumata görə, F.Məmmədov Mahir Rəfiyevi özünə müşavir təyin edib. Bununla da nazirin müşavirlərinin ümumi sayı 10-a çatıb.

Qeyd edək ki, M.Rəfiyev bu vaxta qədər Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal gəlirlər Departamentinin baş direktoru olub. Onun yerinə bu vəzifəyə Nəsimi Əsgər oğlu Cəfərov təyin edilib. N.Cəfərov isə bu vaxta qədər Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin baş direktorunun müavini vəzifəsində çalışıb.