XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 15:45

Metro və avtobuslarda gediş haqqı qalxır? –Tarif şurasından açıqlama

baki-metropoliteni

Bakı Metropolitenində və şəhərdaxili marşrut avtobuslarında gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb.

Şuradan bildiriblər ki, hazırda bu məsələnin müzakirəsi gündəmdə deyil.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də açıqlamasında təmsil etdiyi qurumun gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmədiyini bildirib.

Xatırladaq ki, metroda gediş haqqının 30, marşrutlarda isə 40 qəpiyə qaldırılması ilə bağlı Tarif Şurasında müzakirələr aparılması barədə məlumat yayılıb.

Trend