XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 17:00

Prezident İlham Əliyev hakim Südabə Həsənovanı təltif etdi –Sərəncam

ilham-eliyev-imzalama

Bu gün Prezident İlham Əliyev daha bir sərəncam verib.

Strateq.az xəbər verir ki,sərəncama əsasən, Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Südabə Cəmşid qızı Həsənovaya "Əməkdar hüquqşünas” fəxri adı verilib.

Xatırladaq ki, Südabə Həsənova 1947-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olub.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

1971-1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi işləmişdir. 1973-cü ildən Bakı şəhər Kirov (indiki Binəqədi) rayon məhkəməsinin hakimi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir.

1979-cu ildə S.Həsənova Bakı Şəhər Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmişdir. 1980-cı ilin 27 martında S.Həsənova Azərbaycan SSR Ali Məhkəməsinin və onun Rəyasət Heyyətinin üzvü seçilmiş, Ali Məhkəmənin intizam kollegiyasının sədri təsdiq edilmişdir. 1980-cı ilin noyabrında Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilmiş və 1987-ci ilədək orada işləmişdir.

S.Həsənova 1987-ci ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirinin 1-ci müavini vəzifəsinə təyin olunmuşdur. 1990-cı ildə qiyabi olaraq Bakı Ali Partiya Məktəbini bitirib.

1995-1998-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Naziri vəzifəsini icra edib.

1998-ci il 10 yanvar tarixdə Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin edilib.

1998-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının sədri olmuşdur. Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan Dövlət komissiyasının və onun işçi qrupunun , hüquq islahat komissiyasının, əfv, təhsil, səhiyyə, korrupsiyaya qarşı mübarizə və digər dövlət komissiyalarının üzvü olmuşdur. Ədliyyə Nazirliyinə rəhbərlik etdiyi dövrdə "Qanunçuluq" jurnalının və "Normativ hüquqi aktlar" bülleteninin baş redaktoru olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 aprel tarixli fərmanı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi nin sədri təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi bülleteninin baş redaktoru olmuşdur. 2005-ci ilin 19 aprelindən sədr vəzifəsindən azad edilib Ali Məhkəmənin hakimi saxlanılıb.

Azərbaycan Respublikası Milli Məclisinin 23 dekabr 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Hazırda da həmin məhkəmədə hakimdir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanları ilə ona 1995-ci ildə III dərəcə, 1998-ci ildə isə II dərəcəli Dövlət ədliyyə müşaviri rütbələri verilib.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2007-ci il tarixli sərəncamı ilə ədliyyə və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə «Şöhrət» ordeni ilə təltif olunub.

Strateq.az