XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 19:50

Zakir Həsənov iki polkovnikə vəzifə verdi –Müdafiə Nazirliyində dəyişiklik

Zakir 2

Azərbaycan Müdafiə Nazirliyində bir həftə əvvəl vəzifəsindən azad edilmiş polkovnik rütbəli iki zabit nazirlikdə yeni vəzifəyə təyin olunublar.

Strateq.az “AzeriDefence”yə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Elxan Məcidov vəzifəsindən azad edildikdən dərhal sonra Maddi-Texniki Təminat Baş İdarəsinin planlaşdırma şöbəsinə rəis təyin edilib.

Müdafiə Nazirliyinin işindən azad edilmiş Daxili təhlükəsizlik idarəsinin rəisi polkovnik Ramin Əsgərov isə başqa bir idarəyə şöbə rəisi təyin edilib.