XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 21:47

CHP-li deputat: “İstefa verməyə hazıram” –Bir milyonluq telefon borcu deputatı bitirir

elif-dogan-chp

CHP-li deputat Elif Doğan Türkmen istefa verməyə hazır olduğunu bəyan edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, "istefaya səbəb olacaq bir vəziyyət olduğunu düşünmürəm, ancaq partiya qərarına tabe olacam. Partiya sədri Kamal bəylə görüşüb, müzakirə etdikdən sonra gərəyi nədirsə, onu da edərəm", – deyə, bildirib.

Xatırladaq ki, xanım deputatın parlamentin telefonlarından şəxsi işlər üçün etdiyi zəng və mesajlara görə, 1 milyon 108 min 842 lirə borc sənədi üzə çıxıb. Həmin borc isə parlamentin hesabından qapadılacaq. Lakin CHP-nin rəqibləri, əsasən də iqtidar partiyası həmin pulun millətin cibindən çıxdığını qabardaraq, bu faktla ana müxalifət partiyasına qarşı geniş əks təbliğat kampaniyası aparırlar.

Bunu nəzərə alan CHP lideri Kamal Kılıçdaroğlu partiyasından deputat seçilmiş Elif Doğan Türkmeni partiyanın məclisdəki divan üzvlüyündən istefaya çağırıb. 

CHP liderinin köməkçisi Engin Altay da  açıqlama verərək, "CHP cəmiyyətin vicdanını rahatsız edəcək bir durumun içində olmaz. Hörmətli millət vəkilinin də gərəkən addımı atacağına inanırıq", – deyə, Elif Doğanı istefaya səsləyib.

F.ƏHMƏD