XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2017 - 19:56

ABŞ-dan İranın 13 fiziki və 12 hüquqi şəxsinə qarşı –Sanksiya

us-department

Fevralın 3-də ABŞ hakimiyyəti İranın 13 fiziki və 12 hüquqi şəxsinə qarşı sanksiya tətbiq etmək barədə qərar qəbul edib.

Strateq.az xəbər verir ki, sanksiyalar ballistik raket sınaqları və digər fəaliyyətlərlə əlaqələndirilib.

ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında qadağalar siyahısına salınmış fiziki və hüquqi şəxslərin, o cümlədən iranlı iş adamı Abdullah Əsgərzadə, "Industrial Group" şirkətinin livanlı sahibi Şahid Himmətin adları verilib.

ABŞ rəsmilərinin izahına görə, bu şəxslər ikili təyinatlı texnologiya və materiallar üçün satınalmalar edib. İddialara əsasən, on il ərzində İranın ballistik raket proqramlarına dəstək naminə "Shahid Hemmat Industrial Group" (SHIG), "East Star Company" və Ofog Sabze Darya Company" gərəkli fəaliyyət göstəriblər.

Digər şəxslər, məsələn, Həsən Dehqan İbrahimi Tehranda "Sepah"ın rəsmiləri birbaşa əlaqələri saxlayıb, İslam İnqilabı Keşikçiləri Korpusunun Livan paytaxtında nümayəndəsi olub. İbrahimi "Hizbullah"ın nəzarətində olan "Wa'ad" tikinti şirkətinin hesabına bir neçə milyon dollar pul köçürmələri ilə yardım edib.

"Biz maliyyə sanksiyaları da daxil olmaqla, bütün mövcud alətləri fəal şəkildə tətbiq etməyə davam edəcəyik", – deyə ABŞ rəsmilərindən biri etiraf edib.