XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2017 - 00:27

İrandan ABŞ-a cavab:"Fiziki və hüquqi şəxslərinizə qarşı sanksiyalar tətbiq ediləcək"

Iranian Foreign Minister Mohammad Javad Zarif gives a press conference after meeting with his French counterpart in Tehran on January 31, 2017. Ayrault voiced concern over a weekend ballistic missile test by Iran at a joint press conference with his Iranian counterpart. / AFP PHOTO / ATTA KENARE

İran ABŞ-ın bu gündən tətbiq etdiyi yeni sanksiyaları qanunsuz adlandırıb.

Strateq.az xəbər verir ki, Xarici İşlər Nazirliyi ABŞ-ın 25 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlərini bağlı bəyanatında deyilir: "Yeni sanksiyalar BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsi ilə dəstəklənmiş və İranla beş dövlət, o cümlədən Amerika ilə imzalanmış sazişə əsasən ABŞ-ın üzərinə götürdüyü öhdəliklərlə bir araya sığımır".

Sənəddə qeyd olunur ki, ABŞ sanksiyalarına cavab olaraq, İran Amerikanın bəzi fiziki və hüquqi şəxslərinə qarşı hüquqi məhdudiyyətlər tətbiq edəcək.