XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

04 Fevral 2017 - 12:09

Trampın müsəlmanlarla bağlı qərarına “qırmızı işıq”- ABŞ ərazisində fərmanın qüvvəsi dayandırıldı

Fevralın 3-də Vaşinqton ştatının Sietl şəhərinin federal hakimi bütün ABŞ ərazisində prezident Donald Trampın növbəti 90 gün ərzində yeddi müsəlman ölkəsindən (Suriya, Sudan, Somali, İraq, İran, Liviya və Yəmən) olan bütün immiqrantların və müsafirlərin ABŞ-a gəlməsinin müvəqqəti qadağan edilməsi barədə fərmanının qüvvəsini müvəqqəti dayandırıb.

Federal hakimin qərarı qəbul ediləndən dərhal sonra qüvvəyə minib. Həmin qərara əsasən, yuxarıda adları çəkilən yeddi müsəlman ölkəsindən olan müsafirlərə əvvəlcə verilmiş, lakin D.Tramp ölkəyə gəlmənin qadağan edilməsi barədə fərman verəndən sonra “ləğv edilmiş” vizalar indi bərpa olunacaq və həmin vizaların sahibləri ABŞ-a gələ biləcəklər. ABŞ sərhəd-gömrük xidməti federal hakimin bu qərarı barədə aviaxətlərə məlumat verib.

Tramp administrasiyası prezidentin fərmanını müdafiə edərək federal hakimin qərarı ilə əlaqədar dərhal bəyanat verib və həmin hakimin qərarından ən qısa müddətdə apellyasiyaya veriləcəyini vəd edib.

İmmiqrasiya və konstitusiya hüququ sahəsində ekspertlər qeyd edirlər ki, bu halda “çəkindirmə və tarazlama” sistemi, yəni müxtəlif ölkələrin qanunvericiliyində hakimiyyətin bölgüsü prinsipi işləyir. Bu prinsip məhkəmə hakimiyyətinə icra hakimiyyətinin hərəkətlərinə etiraz etməyə imkan verir. / Azərtac