Həftəlik "Der Spiegel" jurnalının bugünkü son sayı "Twitter" şəbəkəsi və alman mediasında ciddi müzakirələr doğurub.
Strateq.az xəbər verir ki, jurnalın üzqabığında boynu vurulmuş Azadlıq Heykəli və əlində bıçaq tutan ABŞ prezidenti Donald Trampın cizgi filmi üslubunda illüstrasiyası verilib. Manşet yazısında bu cümlə var: "Hər şeydən öncə Amerika".
Almaniya Azad Demokratlar Partiyasının üzvü, Avropa Parlamentinin vitse-prezidenti Aleksandr Lamsdorf "Der Spiegel"in üzqabığındakı illüstrasiyanı "zövqsüzlük" adlandırıb.
Şəkli müşayiət edən baş məqalədə D.Trampın Almaniyaya qarşı ittihamlarından söz açılır və Ağ Evin siyasəti tənqid olunur.