Strateq.az xəbər verir ki, Suriya müxalifətçiləri fevralın sonuna planlaşdırılan Cenevrə danışıqlarına hazırlığı müzakirə etmək üçün bu gün ər-Riyadda görüş keçirəcək.
Təşkilat Komitəsi elan edib ki, hərbi qruplaşmalarla razılaşma əsasında danışıqlarda iştirak edəcək nümayəndə heyətinin formalaşdırılması üzərində işləyir. Səudiyyə Ərəbistanının paytaxtına dəvət edilməyən kürd qruplaşmaları heyətə daxil edilməyəcək.