"Putinə hörmət edirəm. Amma bu, “onunla yaxşı yola gedəcəyəm” mənasına gəlmir. Rusiya ilə yaxşı yola getmək getməməkdən daha yaxşıdır. Rusiya İŞİD-lə mübarizəyə kömək edərsə, bütün dünyada islami terror bitər. Bu, yaxşı haldır. Onunla yaxşı yola gedəcəyəmmi, doğrusu, bilmirəm".
Strateq.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
“Fox News” jurnalistinin Rusiyanın törətdiyi cinayətləri xatırladaraq, onunla niyə yaxşı münasibətlər qurmaq istəməsi ilə bağlı sualını cavablandıran Tramp ABŞ-ın da süddən çıxmış ağ qaşıq olmadığını etiraf edərək, bildirib: “Çox qatil var. Bizdə də çox qatil var. Nə sanırsınız: bizim ölkəmiz çox məsumdur?"