XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2017 - 19:09

İsrailli nazirə şok ittiham –Ağlamaq üçün gözlərinə soğanı belə sürtüb (VİDEO)

deri-aglamaq

İsrailin daxili işlər naziri Aryeh Deri ilə bağlı çox ilginc məlumat yayılıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki,  nazir Derinin seçim kampanyası zamanı çəkilən bir görüntüdə ağlaya bilmək üçün gözlərinə əzilmiş soğan suyunu sürtərək, gözlərindən yaş çıxardığı üzə çıxıb:

"Deri 2013-cü ildək Şas partiyasına liderlik edən Ovadia Yusufun vəfatından kədərləndiyini göstərmək və bununla da partiyadaşlarının qəlbini fəth etmək üçün ağlamağa çalışıb. Lakin bunu bacara bilməyəndə, o, köməkçilərindən birinin "çox incə oyun"la verdiyi soğanı gözlərinə sürtərək, ağlama görüntüsü yaradıb".

Bu faktı sübut edən videonun indilərdə yayılması İsraildə böyük səs-küyə səbəb olub. Lakin hazırda ölkəsinin daxili işlər naziri vəzifəsini tutan Deri bu dəqiqələrə qədər hər hansı bir açıqlama verməyib. 

Onu da qeyd edək ki, A.Deri Ovadia Yusufun vəfatından sonra onun rəhbərlik etdiyi partiyanın başına keçib. 

O, həm də illər əvvəl rüşvət ittihamı ilə 2 il həbsdə olub.

F.ƏHMƏD

Strateq.az