Rusiyalı milyarder Andrey Melniçenkonun 400 milyon avroluq yaxtasının görüntüləri yayılıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən böyük yelkənli yaxtasının daxilində 44, xaricində isə 10 müşahidə kamerası var.
Uzunluğu 143, hündürlüyü 100, eni 25 metr olan 2200 kv.metrlik yaxta gülləkeçirməz şüşələrlə əhatə olunub.
Andrey Melniçenko 10,1 milyard dollarlıq sərvəti ilə dünya milyarderlərinin reytinqində 139-cu, Rusiya zənginləri arasında isə 11-ci yeri tutur.
Hazırda dünyanın ən böyük yaxtasının sahibi rusiyalı milyarder Alişer Usmanov, ən yaxşı yaxtasının sahibi isə milyarder Vahid Ələkbərovdur.