XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2017 - 18:29

Xamnei Trampa təşəkkür etdi:"30 ildir dediyimizi təsdiqlədi"

hamaney

"Biz nə üçün Obamaya minnətdar olmalıyıq? İŞİD-i yaratdığı üçünmu? Yoxsa Suriya və İraqda yandırdığı atəş üçünmu?”

Strateq.az xəbər verir ki, bu sözləri İranın dini lideri Ayətullah Əli Xamnei deyib.

Dini liderə aid internet saytının bildirdiyinə görə, Tehrandakı iqamətgahında İran Hava Qüvvələri komandirlərini qəbul edən Xameneyi Obamanın İrana qarşı iflicedici sanksiyalara əl atsa da, öz niyyətinə çata bilmədiyini də vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp bir müddət əvvəl etdiyi çıxışında öz sələfi Barak Obamanı “nüvə sazişi”nə görə qınamış, İrana qarşı sanksiyaları ortadan qaldırdığı üçün Tehranın ona minnətdarlıq borcu olduğunu bildirmişdi.

ABŞ prezidentinin bu sözlərinə qarşı çıxan Ayətullah Obamaya çox gördüyü təşəkkürünü Trampın özündən əsirgəməyib: "Vəzifəyə yeni gələn bu adama işimizi asanlaşdırdığı üçün təşəkkür edirik. Bu adam ABŞ-ın siyasi, iqtisadi, ictimai və əxlaqi dəyərlərinin erroziyaya uğramasıyla əlaqədar 30 ilə yaxındır ki söylədiklərimizin doğruluğunu həm seçki kampaniyası dövründə, həm də ondan sonra əməli fəaliyyəti ilə sübut etdi, ABŞ-ın həqiqi üzünü dünyaya göstərdi”.

Xameneyə görə, ABŞ-ın həqiqi üzü ABŞ-ın Dalles aeroportunda çarəsiz vəziyyətə salınan 5 yaşlı uşaqdır. Trampın yeddi müsəlman ölkəsi üçün qəbul etdiyi viza məhdudlaşdırması çərçivəsində həmin uşağın ailəsiylə bərabər ABŞ-a girişi dayandırılmış və qoluna qandal vurulmuşdu:

"Beş yaşlı uşağın qollarına qandal vururlar.  Bu hadisə ABŞ-ın insan hüquqları reallığının nədən ibarət olduğunu göstərir”.