XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2017 - 18:57

“Şəhidimizin nəşi alınarkən erməni zabit həyacandan huşunu itirib” –Deputat açıqladı

aydin-mirz%c9%99zad%c9%99

Fevralın 5-də Ermənistan-Azərbaycan sərhəddində şəhid Çingiz Qurbanovun nəşi düşmən tərəfdən alınarkən maraqlı hadisə baş verib.

Strateq.az xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə "Feysbuk"dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, tərəflər nəşi almaq üçün üzbəüz durarkən Ermənistan silahlı qüvvələrnin zabiti həyacandan huşunu itirərək yıxılıb:

"O, ya aprel döyüşlərinin iştirakçısı olub, ya da həmin döyüşlər barədə zabit həmkarlarından eşidib. Hər iki halda Azərbaycan ordusunun xofu hətta erməni hərbçilərinin düşüncəsində belə çox ciddi oturub".