XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

07 Fevral 2017 - 23:48

Tramp yenə öz ampluasında:“Putini tanımıram”

 

tramp nato

"Putini tanımıram. Rusiya ilə heç bir razılaşmam yoxdur. Buna baxmayaraq, havalanırlar. Obama, 1 nömrəli terrorçu İran ilə razılaşarkən, problem yox idi!"

Strateq.az xəbər verir ki, bu sözləri ABŞ-ın yeni Donald Tramp öz sosial şəbəkə hesablarında yazıb.

Halbuki, o, müxtəlif tarixlərdə fərqli fikirlər dilə gətirmiş, Putini ağız dolusu öymüşdü. ABŞ mediasında nəşr olunan xəbərə görə, Trump, 2013-cü ilin noyabrında "Putin ilə dialoqum var", 2014-cü ilin fevralında isə "Rusiyaya gedəndə Putin mənimlə ünsiyyət qurdu" ifadələrini işlətmişdi.

Nəhayət, bir neçə ay bundan əvvəl Obamanın 35 rus diplomatını ölkədən qovanda Putinin təmkinini qoruması Trampı riqqətə gətirmiş və o, öz indiki həmkarını  “çox zəkalı birisi” adlandırmışdı.

Trampın ən son açıqlamaları sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuş və şəbəkə istifadəçiləri ona köhnə açıqlamalarını xatırlatmışlar.

ABŞ liderinin əvvəlki açıqlamalarıyla daban-dabana zidd fikirlərlə çıxış etməsi onun ciddi ictimai təzyiq altında olduğundan xəbər verir.