XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 08:34

BMT rəsmisi:“İŞİD hələ də güclüdür”

 

isid-mosul

 

Torpaq və gəlir itkisinə baxmayaraq, İŞİD hələ də döyüşləri davam etdirəcək maddi imkana sahibdir”.

Strateq.az xəbər verir ki, bu sözləri BMT-nin Siyasi məsələlər üzrə məsul baş katibinin müavini Cefri Feltman bildirib.

BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq sülh və təhlükəsizliyə istiqamətində İŞİD təhdidi" mövzulu yığıncaqdakı çıxışında Feltman BMT Baş Katibi tərəfindən hazırlanan son İŞİD hesabatını şərh edərkən deyib:

"İŞİD bir çox bölgədə müdafiə taktikasına keçdi”.

Təşkilatın maliyyə qaynaqlarının qəsb və yanacaq qaçaqçılığına söykəndiyini vurğulayan Feltman neft gəlirləri azalan İŞİD-in girov kimi digər gəlir gətirən yollara baş vuracağı ehtimalının artdığını vurğulayıb:

 "İŞİD hücumlarını İraq və Suriyanın qonşusu olan ölkələrə yaydı və hazırda bölgədən uzaqdakı təqibçilərini də hərəkət keçməyə cəsarətləndirməkdədir. İraq və Suriyadan ayrılan xarici terrorçular öz ölkələrində də terror təhdidini artırır ".