XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 13:32

Misir Mərdanov Mikayıl Cabbarova cavabdan yayındı:"Mənim fəaliyyətimi cəmiyyət, Allah bilər"

misir-mikayil

Xəbər verdiyimiz kimi, bu gün təhsil naziri Mikayıl Cabbarov sələfi Misir Mərdanovun fəaliyyətini tənqid edib. 

O, əvvəlki rəhbərliyin dövründə xeyli problemlərin olduğunu deyərək, əlavə edib ki, həmin illərdə müasir təhsil sistemlərində olan çevik alət və mexanizmlər ali təhsil sistemində də olmayıb.

Strateq.az xəbər verir ki, məsələ ilə bağlı sabiq təhsil naziri Misir Mərdanov "unikal.org"un sorğusuna belə cavab verib:

 "Xahiş edirəm, bu barədə mənə sual verməyin ki, mən danışmayım. Mənim fəaliyyətimi cəmiyyət, Allah bilər. Gördüyüm işlərə qiymət vermək məsələsinə, mən qarışmıram”.