Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Strateq.az-a daxil olan məlumata görə, bugünkü hərracda banklararası bazarda aparılan əməliyyatların nəticəsinə əsaslanaraq, manatın dollara münasibətdə məzənnəsi 1,7301 manat səviyyəsində müəyyənləşib.