XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 15:39

İlham Əliyev:“Qarabağ münaqişəsinin həlli yolunda bütün Azərbaycan cəmiyyəti həmrəydir”

ilham-1

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə söyləyib. 

Dövlət başçısı qeyd edib ki, bu məsələdə – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bütün Azərbaycan cəmiyyəti birdir, həmrəylik göstərir, birlik göstərir.

“Bu, bizim ümumi məsələmizdir və biz haqlıyıq. Çünki həm tarix, həm beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Eyni zamanda, bu gün Azərbaycan Ermənistan ilə müqayisədə qat-qat güclü ölkədir, özü də təkcə iqtisadi və hərbi potensialına görə yox. Bax, Çingiz kimi övladlarımız bizim üstünlüyümüzü bir daha göstərir. Onun üz-üzə qaldığı diversantların sayı 10-dan çox idi. Yəqin Çingiz bilirdi ki, o, ölümə gedir. Yəqin bilirdi ki, o, qeyri-bərabər döyüşdən salamat çıxmayacaq. Ancaq buna baxmayaraq, o, Vətən torpağını müdafiə etmək üçün ölümə getdi və şəhidlik zirvəsinə qalxdı”.  (APA)