XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2017 - 17:11

Rusiya XİN:"Lapşinin məsələsi Azərbaycanla işgüzar əsasda həll olunacaq"

Zaxarova

”Bloger Aleksandr Lapşinin məsələsi Azərbaycanla işgüzar əsasda həll olunacaq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.  

”Hesab edirəm ki, bu məsələ də, ikitərəfli münasibətlərdə yaranan digər məsələlər kimi, işgüzar əsasda həll olunmalıdır. Daha çətin məsələlər olur. Əlbəttə ki, Rusiya vətəndaşının taleyi ilə bağlı məsələ prioritetdir. Lakin bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar işgüzar əsasda həll olunacaq. Biz belə hesab edirik”, – deyə M. Zaxarova söyləyib.  (APA)