XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2017 - 19:26

Prezident dövlət komissiyasının tərkibində dəyişiklik etdi –SİYAHI

ilham

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edib.

Strateq.az xəbər verir ki,  bununla bağlı verilən sərəncama əsasən,  “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 373; 2005, № 6, maddə 496; 2012, № 4, maddə 379) 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada müəyyənləşdirilib:

“Komissiyanın sədri

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Komissiya sədrinin müavini

Fərhad Tağı-zadə – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Komissiyanın üzvləri:

Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

İsmayıl Bağırov – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Elbrus Orucov – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi

Məmməd Sadıq Quliyev – Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

İslam Rzayev – Balakən Rayon İcra Hakimiyyətinin başçısı

Musa Şəkiliyev – Qax Rayon İcra Hakimiyyətinin başçısı

Mübariz Əhmədzadə – Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Rəcəb Babaşov – Qazax Rayon İcra Hakimiyyətinin başçısı

Məhərrəm Quliyev – Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

Tofiq Zeynalov – Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

Alı Qocayev – Samux Rayon İcra Hakimiyyətinin başçısı

Elçin Nəsibov – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi

Azad Nağıyev – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin müdiri”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə bildiriş göndərsin.