Prezident Donald Tramp hakimiyyətə gələndən bəri ilk dəfə "bir Çin" siyasətinə hörmət edəcəyini Çin rəhbəri Si Szinpinə deyib.
Strateq.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.
Telefon söhbətində iki ölkə arasında münasibətlərin geniş spektrinə və qarşılıqlı maraq doğuran beynəlxalq problemlərə toxunan liderlər bir-birinə görüş dəvəti verib.
CCTV-nin məlumatına əsasən, Si Szipin Trampın simasında rəsmi Vaşinqtonun "bir Çin" siyasətinə sadiqliyini yüksək qiymətləndirib və bunun ABŞ-Çin münasibətlərinin siyasi təməli olduğuna diqqət çəkib.
Ağ Ev D.Trampın Yaponiya baş naziri Şinzo Abe ilə görüşü ərəfəsində Çin lideri ilə telefon söhbətini "çox səmimi" adlandırıb.
Xatırladaq ki, bundan əvvəl Si Szinpin ABŞ prezidentinə təbrik məktubu göndərib və D.Tramp ona cavab məktubu yazıb.