XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2017 - 10:32

Tunisin sabiq liderinə əlavə cəza:10 il həbs

FILES-TUNISIA-POLITICS-CORRUPTION-TRIAL

Artıq bir neçə dəfə qiyabi məhkum edilmiş Tunisin sabiq lideri Zeynəlabidin Ben Əli və xanımı Leyla Trabelsiyə korrupsiya ittihamı ilə yeni 10 illik həbs cəzası verilib.

Strateq.az xəbər verir ki, bu barədə Tunisin rəsmi mənbələri məlumat yayıb.

Ölkəni 23 il "dəmir yumruqla" idarə etmiş Ben Əli və xanımına qarşı məhkəmədə "inzibati və maliyyə korrupsiyası" ittihamı irəli sürülüb.

Eyni prosesdə Tunisin sabiq ətraf mühit naziri beş il həbs cəzası alıb.

Leyla Trabelsinin xaricdə olan bir qohumu üç il azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, Ben Əli və xanımı ölkədən qaçdıqlarına görə cəzalarını alıblar. Üstəlik sabiq lider 2011-ci ildə etiraz nümayişinin dağıdılmasında 338 nəfərin ölümünə bais olduğu üçün ömürlük həbsə məhkum edilib.