XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Fevral 2017 - 11:07

Qar uçqunu oldu, bir əsgərimiz şəhid oldu –Nazirlik məlumat yaydı

sehid9

Fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

Bu barədə Strateq.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Allah rəhmət eləsin!