XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 11:55

“Aleksandr Lapşinin tutulması çox şəxslərə ibrət olacaq” –Xanlar Vəliyev

xanlarveli

"Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası Azərbaycan diplomatiyasının, hüququnun və dövlətinin böyük uğurudur”.

Bunu Azərbaycanın Baş prokurorunun müavini – Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

X.Vəliyev deyib ki, Azərbaycan qanunlarını pozan Aleksandr Lapşinin Belarusdan ölkəmizə ekstradisiyası Prezident İlham Əliyevin apardığı uğurlu və qətiyyətli siyasət nəticəsində mümkün olub:

"Aleksandr Lapşinin tutulması çox şəxslərə ibrət dərsi olacaq. Bu, təkcə Qarabağa qanunsuz səfərlər edənlərə deyil, eyni zamanda Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərləri təbliğ edənlərə də xəbərdarlıqdır. Şübhəsiz ki, Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası ermənilərin işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfərlərinin sayını ciddi şəkildə azaldacaq”.

Ölkə.az