XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 12:30

Rusiya səfirindən Lapşinlə bağlı açıqlama:"O, işinin obyektiv və ədalətli həllinə inanır”

doroxin-rus-sefiri

“Azərbaycan tərəfi Rusiya-Azərbaycan razılaşması üzrə öhdəliklərini yerinə yetirib”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “İnterfaks-Azərbaycan”a müsahibəsində bloger Aleksandr Lapşinin işi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, səfirlik Rusiya vətəndaşının saxlanması ilə bağlı vaxtında məlumatlandırılıb: “Fevralın 9-da, yəni, demək olar ki, bizim sorğumuzun göndərilməsindən bir gün sonra konsulluq işçisi Lapşinlə görüşüb. Gördük ki, həmin şəxsin saxlanma şəraiti normaldır, onun şikayəti yoxdur, vəkil müdafiəsi ilə təmin olunub. Səfirlik beynəlxalq hüquq normalarına və Azərbaycan-Rusiya razılaşmalarına uyğun olaraq, Lapşin işinin obyektiv və ədalətli həllinə inanır”.

APA