Ukrayna Avropa ilə qısa zamanda vizasız rejimə keçəcək.
Bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker Ukraynanın Baş naziri Vladimir Qroysmanla görüşdən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu yaya qədər Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq ediləcək: "Əlbəttə, biz vizasız rejim barədə sualları müzakirə etdik. Bu proses yayadək baş verəcək”.
Qafqazinfo