XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 16:29

Daha bir təşkilat Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu –Bəyanat

platforma

Bosniya və Herseqovinanın "Filigran” təşkilatının prezidenti Melih Karan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğu haqda bəyanat verib.

Bu barədə Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən Strateq.az-a daxil olan bəyanatı təqdim ediirk:

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olduğunu, həmçinin hər iki dövlətin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət bəslədiyimizi bildiririk. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyətə öz dəstəyimi bildirirəm. 

Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, başçılıq etdiyim təşkilat adından, əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.