XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 18:41

Təhsil nazirindən 900 min dollar rüşvət –Sensasiyalı iddia

betsi

"Independent" nəşri ABŞ-ın yeni təhsil naziri Betsi Devosun bu yaxınlarda ona etimad verən senatorlara 900 min dollar rüşvət verdiyini yazıb.

Strateq.az xəbər verir ki, B.Devosın mübahisəli təyinatı onun namizədliyi əleyhinə onlayn şikayət ərizələrinin imzalanması ilə nəticələnib.

Son illərdə Respublikaçılar Partiyasına xeyli ianələr etmiş nazir Senatdakı 22 nümayəndənin hesabına 895 min dollar vəsait keçirib.

Senator Marko Rubio B.Devosdan ən çox maliyyə yardımı (98 min dollar) almış şəxsdir. Milyarder xanım senator Bill Kessidi və Tom Tillisin hesabına da 70 min dollar ianə keçirib.

Betsi Devos əvvəllər heç bir yüksək dövlət vəzifəsi tutmayıb və şirkət direktoru olub. Onun Yaxın Şərq ölkələrində xüsusi əməliyyatlar keçirmiş muzdlu döyüşçülərdən ibarət bədnam "Blackwater" şirkətinin rəhbəri Erik Prinslə ailə yaxınlığı sirr deyil.