XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2017 - 19:55

Bəşər Əsəddən ABŞ prezidentinə rədd cavabı:"Təhlükəsizlik zonaları ideyası real deyil"

A handout picture released by the official Syrian Arab News Agency (SANA) on February 7, 2017 shows Syrian President Bashar al-Assad (L) giving an interview to a Belgian media outlet.    / AFP PHOTO / SANA / -

Prezident Bəşər Əsəd "Yahoo News"a müsahibəsində ABŞ prezidenti Donald Trampın dəstəklədiyi qaçqın və köçkünlər üçün təhlükəsiz zonaların yaradılması ideyasını rədd edib.

Strateq.az xəbər verir ki, B.Əsəd Birləşmiş Ştatların Suriyanın suverenliyi və birliyi haqqında aydın siyasi mövqeyə malik olduğu təqdirdə İŞİD-ə qarşı mübarizədə Vaşinqton ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Suriya prezidenti keçmişdə ABŞ-ın sabiq prezidenti Barak Obamanın və Qətər hökumətinin üsyançıları dəstəklədiyini əsas gətirərək onların iştirakı ilə təhlükəsiz zonalarının yaradılmasını "qeyri-real fikir" adlandırıb: "Təhlükəsiz zonaları ola bilər. Amma bu bütün ölkə olmalıdır. Əlavə zonalara ehtiyac yoxdur".